Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 149.818 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Paradise Lost 12.jpg
Şeytanİbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıqİslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafora, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.

Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır.

Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Fleş (II mövsüm).jpg
Fleş (II mövsüm)ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır.

Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər.

İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. (Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Marlene Dietrich in Shanghai Express (1932) by Don English.png

HSCommons.svg Günün seçilmiş şəkli

Asian pied starlings (Gracupica contra).jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Kim and Trump shaking hands at the red carpet during the DPRK–USA Singapore Summit.jpg


Son ölümlər: Fernando Riksen, Buharuddin Yusuf Habibi, Robert Muqabe, Valeri Harper

HSDagensdatum.svg Tarixdə bu gün — 19 sentyabr

19 sentyabr: Belçikada dünyada ilk gözəllik yarışması keçirilmişdir; Faşist Almaniyası Kiyevi işğal etmişdir.
Çarli Çaplin
  • 1888Belçikanın Spa kurortunda dünyada ilk dəfə gözəllik yarışması keçirilmişdir.
  • 1893Yeni Zelandiya dünyada ilk dəfə qadınlara seçki hüququ vermişdir.
  • 1928Nyu-Yorkda Mikki Maus haqqında ilk cizgi filminin nümayişi olmuşdur.
  • 1939 — Sovet ordusu Vilnüsu işğal etmişdir.
  • 1941İkinci dünya müharibəsi: Kiyev Faşist Almaniyası tərəfindən işğal olunmuşdur.
  • 1952Makkartizmin apofeozu: Çarli Çaplin kommunistlərin təəssübünü çəkməkdə ittiham olunmuşdur.
  • 1982Skott Falman ilk iki smaylın, :-) və :-( smayllarının ideyasını irəli sürmüşdür
  • Digər günlər: 18 sentyabr19 sentyabr20 sentyabr

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    Die Raute im Herzen.jpg
    UEFA İntertoto Kubokunu qazananların siyahısıUEFA İntertoto Kuboku Çempionlar Liqası və ya UEFA Kuboku yarışmasına qatılmağa müvvəffəq olmayan Avropa klubları üçün yay aylarında Avropa futbol assossasiyası tərəfindən təşkil edilən futbol turniri idi.

    Bu turnir UEFA Kubokuna qatılmaq üçün alternativ yol sayılırdı. Turnir 1995-ci ilədək UEFA tərəfindən tanınmadı və 2009-cu ildə fəaliyyəti dəyandırıldı. 1995-ci İldə ilk dəfə təşkil olunan turniri iki komanda qazandı və qalib komandalar UEFA Kuboku turnirinə qatılmağa müvəffəq oldular.

    İlk qalib komandalar isə "Strasburq" və "Bordo" klubları oldu. Növbəti mövsümdən etibarən 2005-ci ilədək hər mövsüm turniri iki deyil üç klub qazanmağa nail oldu. Burada fransız məşqçilərin üstünlüyü nəzərə çarpırdı.

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-v2.svg Vikipediya digər dillərdə